Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsman vəzifəsinə namizədliyi müzakirə olunan Səbinə Əliyeva çıxış edib.
"Bakupost" modern.az-a istinadən xəbər verir ki, Səbinə Əliyeva çıxışında ilk növbədə namizədliyini Milli Məclisə təqdim etdiyinə görə Prezidentə dərin təşəkkürünü bildirib.
O, Ombudsman vəzifəsinə namizəd göstərilməsini böyük şərəf və məsuliyyət kimi qiymətləndirib.
Səbinə Əliyeva qeyd edib ki, ötən dövr ərzində fəaliyyətində əhalinin həssas qruplarının, xüsusilə uşaqların, əlilliyi olan şəxslərin, eləcə də öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirib.
Namizəd, həmçinin ölkə ərazisində hüquqi mədəniyyətin formalaşdırılması və artırılması istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, regional mərkəzlərin institusional baxımdan gücləndirilməsi və fəaliyyət dairəsinin yeni coğrafi əraziləri əhatə etməsi istiqamətində də mühüm addımlar atılıb.
Səbinə Əliyeva bildirib ki, fəaliyyəti ilə bağlı hər il qanunvericiliyə uyğun olaraq Milli Məclisdə hesabatla çıxış edib. O, Milli Məclislə Ombudsman Aparatı arasında əməkdaşlığın hər zaman yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb.
Namizəd qeyd edib ki, deputatlar tərəfindən irəli sürülən təkliflər digər ölkələrlə müqayisədə Azərbaycanda kifayət qədər qısa müddətdə həllini tapır. O, bunu müsbət təcrübə kimi dəyərləndirib.
Çıxışında beynəlxalq əməkdaşlıq məsələsinə də toxunan Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycan Ombudsman Aparatı həm beynəlxalq, həm də regional təşkilatlarda, o cümlədən onların rəhbər strukturlarında təmsil olunur.
Onun sözlərinə görə, bu platformalarda Azərbaycanın həqiqətləri və ölkəmizin müsbət təcrübəsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.
Səbinə xanım, bir ombudsman kimi, pandemiya vaxtı toyda öz rəqsi ilə yadımda qalıb...can sağlığı arzulayıram...
Sən ancaq öz cibini, alacağın maaşın miqdarını düşünürsən. İnsan və insan haqları sənin vecinədə deyil.
Bir nəfər, bircə nəfər xalqin maraqlarını təmsil edən kadr yoxdur. E. Suleymanova, indi də bu. Bu millətə təhqirdir.
Sən lap Molla Nəsrəddinin şeirinə bənzər nəsə yazmısan: Dəryadan baş qaldırıb təpəl xoruzun balta dişi
İnsan hüquqları fəlsəfəsi bu hüquqları vəzifəli şəxslərin müdaxiləsindən və pozmasından müdafiəyə əsaslanır. Belə məlum olur ki, xanım Müvəkkil bu istiqamət barədə bir söz deməyib və ya bəlkə mən səhv edirəm?
Vəzifəlinin Səlahiyyətləri təbii ki, əsasən onun təmsil edəcəyi azad əhatəsinə aid deyil, onu təyin edən Üstün tövsiyəsi üzrə formalaşa bilər? Ona görə də hər hansı Aparıcı vəzifəyə ən azı üç eyni səviyyəli namizəd gərək? Dövlətin Hüquqi İmicini təhlil edən hər Əcnəbi Hüquqşünas, ya Daxili opponent 1987ci ildən tək-bircə Süni Siyasi Hərbi *Qarabağ Münaqişəsi* üzrə Konstitusion dövləti və vətəndaş hüquqlarına qarşı kütləvi-etnik qətl-genosid cinayətlərinə nə AzSSRdə, nə də 1992ci ildən Müstəqil Azərbaycanda 2020-2023cü illərə qədər nəinki, hüquq ozuntularına qarşı obyektiv-birmənalı ciddi hüquqi münasibətlər qənaətinə, bəlkə də tam tərsinə daha yüngül digər cinayətlərin hər birinə qarşı ardıcıl kəskin mühakimə və qərarların şahidi olacaqlar? Beləcə, Azərbaycanın dünya ictimaiyyətinə saysız Azadlıq müraciətlərinə ramən, öz Hüquq Oreolunun otuz ildən çox davam edən Hərbi terror cinayətlərinə qarşı fəaliyyətsizliyi üzə-ayin olacaq? Bircə, xanım Ombudsmandan hansı qəti münasibət və həlləri gözləyirsiniz?
Səninkimiləri ancaq Allah vəzifədən çıxarıb yola salır, narahat olma!