Ru
18:49 / 30 İyun 2026

Xameneinin dəfn mərasimini 67 min hərbçi müşayiət edəcək

Xameneinin dəfn mərasimini 67 min hərbçi müşayiət edəcək
Eye

İranın öldürülən ali rəhbəri ayətullah Seyid Əli Xameneinin vida dəfn və vida mərasimini 67 min hərbi qulluqçu və könüllü müşayiət edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanalları İranın Qızıl Aypara Cəmiyyətinə istinadla məlumat yayıb.

Bildirilib ki, cəmiyyət Seyid Əli Xameneinin dəfn mərasimi ilə bağlı tədbirlərə dair bəyanat yayıb.

Açıqlamaya əsasən, mərasimə gələnlər 10-dan artıq əvvəlcədən təyin olunmuş əyalətdə yerləşdiriləcək.

Məlumata görə, iştiraçıların məskunlaşması üçün 2 milyondan çox müvəqqəti yer proqnozlaşdırılıb.

Açıqlamada bildirilib ki, müşayiətçilərin 37 mini humanitar və könüllü, 30 mini isə hərbi qulluqçudur. İranın Qum, Xorasan-Rəzəvi əyalətlərində və İraqda Qızıl Ayparanın mərasimlərin işıqlandırılması qaydası barədə məlumatın sonradan elan ediləcəyi bildirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar