İranın ali dini lideri Əli Xameneinin Aparat rəhbərinin müavini Əli Əsgər Hicazi ilə bir neçə digər yüksək vəzifəli məmur lazım gələrsə, ailələri ilə birgə ölkədən qaçmaq üçün Rusiya hakimiyyəti ilə danışıqlar aparırlar.
Bildirilib ki, yüksək rütbəli bir rusiyalı məmur Hicazi ilə əlaqə saxlayıb və onu əmin edib ki, vəziyyət pisləşərsə, o, ailəsi ilə birlikdə təhlükəsiz dəhliz vasitəsilə İrandan çıxarılacaq.
“Məlumata görə, İslam Respublikasının yüksək rütbəli rəsmilərindən olan digər şəxslərə də analoji zənglər edilib.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə İran rejiminin yüksək səviyyəli liderlərinin çantalarını yığdığına dair işarələrin olduğunu bildirmişdi.
Netanyahu şənbə günü ingilis dilində videomüraciətində deyib ki, İslam Respublikasının liderləri gələcəyi hiss ediblər”.
Aygün,
BakuPost