Ru
12:49 / 01 Oktyabr 2024

"Yalı Çapkını" final edir

"Yalı Çapkını" final edir
Eye

“Yalı Çapkını”nın keçmiş aktrisası Öznur Serçeler jurnalistlərin suallarını cavablandırarkən final tarixini açıqlayıb.

Bakupost.az türk mediasına istinadla xəbər verir ki, reytinq rekordları qıran “Yalı Çapkını” serialında baş rolları Afra Saraçoğlu və Mert Ramazan Dəmir paylaşır.

3-cü sezonu ilə ekranlara gələn "Yalı Çapkını"nda Asuman obrazını canlandıran Öznur Serçeler serialdan ayrılıb.

Serçeler verdiyi açıqlama ilə hər kəsi təəccübləndirib. O, serialın son tarixini açıqlayıb.

"Ayrılıq kimi hiss etmədim. Hələ də dostlarımızla görüşürük. “Yalı Çapkını”nın məndə xüsusi yeri var. Layihə bu mövsüm final edəcək. Dördüncü mövsümün olmayacağını bilirəm. Amma bəlkə bu, dəyişə bilər", - deyə bildirib.




Aygün
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar