Ru
12:41 / 02 İyun 2026

Yüksək vəzifəyə təyin olunan Zara İbrahimzadə kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Zara İbrahimzadə kimdir? –  DOSYE
Eye

Zara İbrahimzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri təyin olunub.

Bakupost.az yeni departamentinin rəhbərinin dosyesini təqdim edir:

Z.İbrahimzadə 2023-cü ilin fevral ayından indiyə qədər “PAŞA Bank” ASC-nin Marketinq departamentinin direktoru olub.

O, ABB-nin Marketinq departamentinə direktor kimi 2020-ci ilin dekabrında təyin edilmişdi və 2023-cü ilin yanvarında vəzifəsindən ayrılıb.

ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Z.İbrahimzadə son 15 ildə Türkiyədə fəaliyyət göstərib.

Müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb. Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.

Lalə

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar