Ru
20:09 / 02 İyun 2026

Tələbə qızın bu hərəkəti hamını KÖVRƏLTDİ - VİDEO

Tələbə qızın bu hərəkəti hamını KÖVRƏLTDİ - VİDEO
Eye

Lənkəran Dövlət Universitetinin tələbəsinin təsirli addımı sosial şəbəkələrdə böyük maraq doğurub.


Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, məzuniyyət sevincini fərqli şəkildə qeyd edən gənc qız məzun geyimini özü deyil, valideynlərinə geyindirərək onlara təşəkkürünü ifadə edib. Duyğusal anların yer aldığı görüntülər qısa zamanda internetdə yayılaraq izləyicilərin rəğbətini qazanıb.

Tələbə paylaşımında valideynlərinə olan sevgisini və minnətdarlığını da dilə gətirib. O, "İlk məzun videom bu olmalı idi. Həmişə yanımda olduğunuz üçün sizə nə qədər təşəkkür etsəm az olar" sözləri ilə duyğularını ifadə edib.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Bir çox izləyici gənc qızın valideynlərinə göstərdiyi ehtiramı yüksək qiymətləndirərək onun bu addımını nümunəvi davranış adlandırıb.

Qısa zamanda minlərlə baxış və bəyənmə toplayan video duyğusal məzmunu ilə izləyicilərin ürəyinə toxunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar