Ru
12:36 / 09 Mart 2023

Zelenski dəhşətli görüntülər yaydı - FOTO

Zelenski dəhşətli görüntülər yaydı - FOTO
Eye

Ukrayna Prezidenti Vladimir Zelenski martın 9-da Rusiyanın kütləvi raket hücumuna reaksiya verib.

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, o, hücumun nəticələrini əks etdirən dəhşətli fotoları da yayıb.

"Ağır gecə. Ölkənin hər yerinə kütləvi raket hücumu. Kiyev, Kirovoqrad, Dnepropetrovsk, Odessa, Xarkov, Zaporojye, Lvov vilayətləri, İvano-Frankivsk, Jitomir, Vinnits. Kritik infrastruktur obyektlərinə, yaşayış binalarına hücumlar. Təəssüf ki, , yaralananlar və ölənlər var. Ölənlərin ailələrinə başsağlığı verirəm”, - Ukrayna prezidenti bildirib.

Onun sözlərinə görə, bütün xidmətlər raketlər düşən ərazilərdə işləyir, enerji sisteminin bərpası işi davam edir, bütün rayonlarda məhdudiyyətlər tətbiq edilib.

"Düşmən ukraynalıları yenidən qorxutmaq üçün öz bədnam taktikasına qayıdıb, ərazilərimizə 81 raket atıb. İşğalçılar yalnız dinc əhalini terror edə bilər. Onların edə biləcəyi yeganə şey budur. Amma bu, onlara kömək etməyəcək. Etdikləri hər şeyə görə məsuliyyət daşıyacaqlar", - Zelenski deyib.



Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar