Ukrayna Prezidenti Vladimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı ukraynalılar arasında etimad qazanan əsas fiqurlar olaraq qalır.
Bakupost.az xəbər verir ki, bu barədə “Renkinq” sosioloji qrupunun direktoru Aleksey Antipoviç mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, əvvəlki vəzifəsindən uzaqlaşdırılsa da, Zalujnı demək olar ki, populyarlığını itirməyib və Zelenskiyə yaxındır. Azalma cəmi 1-5% təşkil edib.
Antipoviç qeyd edib ki, Zelenskiyə inam səviyyəsi dalğalarla dəyişib. Müharibənin əvvəlində kəskin yüksəlib, sonra azalıb, lakin əks-hücum və ya Oval kabinetdəki hadisələr kimi hadisələrdən sonra yüksək səviyyəyə çatıb.
İndi aprel-may aylarındakı məlumatlara görə, prezidentə inam 70% civarında sabitləşib.
Zalujnıya gəlincə, sosioloq onun xalq arasında “qoruyan” və “bizdən biri” kimi emosional imicini vurğulayıb. O, ictimai yaddaşda müqavimət və hərbi məsuliyyət simvolu kimi qalır. Antipoviçin fikrincə, rasional seçim seçkilər yaxınlaşdıqca aktuallaşacaq.
O, həmçinin qeyd edib ki, Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-ın siyasətindəki dəyişiklikdən sonra Zelenskiyə inam xeyli artıb. Fevralda aparılan sorğuya görə, o zaman Zalujnı etimad baxımından Zelenskini qabaqlayırdı.