Ru
21:04 / 02 Noyabr 2024

"Zirə" Şamaxıda qələbə qazandı

"Zirə" Şamaxıda qələbə qazandı
Eye

"Zirə" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Bakupost.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv XII turda "Şamaxı"nın qonağı olub.

Qarşılaşma paytax təmsilçisinin qalibiyyəti ilə bitib - 2:0. 33-cü dəqiqədə Junior Martins, 63-cü dəqiqədə Ruan Renato fərqlənib.

Qələbə sayəsində xallarını sayını 20-yə çatdıran "qartallar" hələlik dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 12 xalla altıncı sıradadır.

Qeyd edək ki, ötən gün "Neftçi" evdə "Araz-Naxçıvan"a uduzub - 0:1. "Turan-Tovuz" - "Qarabağ" matçında isə qol vurulmayıb. Turun digər iki qarşılaşması noyabrın 3-də gerçəkləşəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar