Ru
09:57 / 26 Fevral 2026

Nazir AZAL təyyarəsindən danışdı – “Azərbaycanın mövqeyi qətiyyətlidir”

Nazir AZAL təyyarəsindən danışdı – “Azərbaycanın mövqeyi qətiyyətlidir”
Eye

“AZAL təyyarəsinin qəzası ilə bağlı ən ali səviyyədə də bildirmişdik ki, Azərbaycanın mövqeyi bu mövzuda qətiyyətli, birmənalıdır”.


Bakupost.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, gözlənti ötən ilin oktyabr ayında Azərbaycan Prezidenti ilə görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş yanaşmanın təsdiqini tapmasıdır:


“Hesab edirik ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyevlə Rusiya Prezidentinin görüşündə Rusiya lideri tərəfindən səsləndirilmiş yanaşma təsdiqini tapmalıdır. Hansı ki təyyarənin vurulması Rusiya MN-in səhvi ucbatından baş verib, buna qarşı tədbir görülməsi, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənilməsini özündə ehtiva etməlidir. Bizim gözləntimiz də bundan ibarətdir”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar