Ru
10:09 / 26 Fevral 2026

Prezident “Qalatasaray”ı təbrik etdi - VİDEO

Prezident “Qalatasaray”ı təbrik etdi - VİDEO
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ı UEFA Çempionlar Liqasında “Yuventus” üzərində qələbə (7:5) qazanaraq 1/8 finala yüksəlməsi münasibətilə təbrik edib.

Bakupost.az xəbər verir ki, İtaliyanın Turin şəhərində yerləşən “Allianz” stadionunda keçirilən oyundan sonra Ərdoğan sarı-qırmızılı komanda ilə telefon əlaqəsi saxlayıb.

Prezident Ərdoğan oyundan sonra baş məşqçi Okan Burukla telefon danışıb:

“Qalatasaray” növbəti mərhələyə yüksəldi. Bu, ölkəmiz üçün çox, çox böyük bir uğurdur. Gözlərinizdən öpürəm”.

Okan Buruk isə cavabında bildirib: “Biz də çox xoşbəxtik. Bu, sizin üçün ad günü hədiyyəsidir, cənab Prezident”.

Ərdoğan futbolçu Barış Alper Yılmazla da danışıb: “53”-lə lazım olanı etdin. Əla iş gördün. Gözlərindən öpürəm”.

Qeyd edək ki, “53” Ərdoğan və Yılmazın doğulduğu Rizenin dövlət qeydiyyat nişanının nömrəsidir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar