Paytaxtın Moskva prospektində, "Şamaxinka" adlanan ərazidən Sumqayıt istiqamətinə gedən yolda hərəkətin təşkilində dəyişiklik edilib.
Bakupost.az Unikal-a istinadən xəbər verir ki, Moskva prospektinin sözügedən hissəsində avtobus zolağı ləğv edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə kiçik bir hissədə kəsişmənin buraxılıcılıq qabiliyyətinin artırılması məqsədilə avtobus zolağı ləğv edilib:
"Qeyd edilən bu kiçik hissədə işıqfor qoyulduğundan və növbəli keçid təmin olunduğundan avtobusların hərəkətinə maneə yaranmayacaq".