Ru
12:46 / 26 Fevral 2026

“Ermənistan Rusiya hərbi bazasından imtina etməyəcək” – Paşinyan

“Ermənistan Rusiya hərbi bazasından imtina etməyəcək” – Paşinyan
Eye

Ermənistan Baş naziri Nikol Pashinyan Polşa səfəri zamanı bildirib ki, ölkəsi Rusiyanın hərbi bazasından imtina etməyi nəzərdə tutmur.

Bakupost.az xəbər verir ki, Paşinyan bunu Polşanın Beynəlxalq Əlaqələr İnstitutunda səfirlər, diplomatlar və analitik mərkəz nümayəndələri ilə görüş zamanı bildirib.

“Ermənistanda Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və narahatlığımız yoxdur. Biz Rusiyayla sıx tərəfdaşıq, iqtisadi və siyasi əlaqələrimiz dərin köklərə malikdir”.

O, bu açıqlamasını ölkənin şimalında, Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının çıxarılması məsələsi qaldırılıb-qaldırılmayacağı sualına cavab olaraq verib.

Baş nazir qeyd edib ki, Ermənistan KTMT üzvlüyünü dondurub, lakin ölkənin Rusiyayla münasibətləri transformasiya mərhələsindədir: “Bu gün biz Rusiyayla yeni münasibətlər formalaşdırırıq. Biz qətiyyətliyik və əməkdaşlığı inkişaf etdirmək istəyirik, amma fakt budur ki, bu münasibətlər bir sıra faktorlar üzrə dəyişir”.

O həmçinin vurğulayıb ki, 2020-ci il noyabrın 8-də Ermənistan və Azərbaycan arasında atəşkəsin təmin olunmasında Rusiya Prezidenti Vladimir Putinin rolu həlledici olub: “Bu razılaşma gələcəkdə Vaşinqtonda Ermənistan və Bakı tərəfindən imzalanmış sülh deklarasiyasına çevrilib”.

Qeyd edək ki, Nikol Pashinyan fevralın 25-də Polşaya iki günlük rəsmi səfərə yollanıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar