Ru
14:14 / 26 Fevral 2026

Gürcüstanda ağır qəza – İki nəfər öldü, Azərbaycan vətəndaşı yaralandı

Gürcüstanda ağır qəza – İki nəfər öldü, Azərbaycan vətəndaşı yaralandı
Eye

Bu gün səhər saatlarında Gürcüstanın qərb bölgəsində, Kobuleti-Batumi yolunda ağır yol qəzası baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Bakupost.az gürcü mediasına istinadən xəbər verir ki, qəza zamanı avtobusla və yük maşını toqquşub. Hadisədən sonra yolun bir hissəsi müvəqqəti olaraq bağlanıb.

Yaralanan şəxs 49 yaşlı şəxs Azərbaycan vətəndaşıdır. “Kobuleti Medical Center”a çatdırılan yaralının vəziyyəti stabildir.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı “yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istismarının pozulması nəticəsində insan ölümü” maddəsi üzrə cinayət işi açıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar