Ru
12:02 / 26 Fevral 2026

Hansı özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək? - Tələblər hazırlanıb

Hansı özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək? - Tələblər hazırlanıb
Eye

Xərçəng xəstəliklərinin müalicəsinin özəl klinikalarda da aparılmasına başlanılacaq.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, bu, islahatların bir hissəsidir.

"İndidən bildirmək istəyirəm ki, özəl sektorda onkoloji xidmət göstərmək üçün və bu icazəni almaq üçün xüsusi qaydalar və tələblər hazırlanıb. Çox ciddi tələblərdir və yalnız ən yüksək tələblərə cavab verən müəssisələrə həmin lisenziya veriləcək", - o əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar