Paytaxtda yerləşən 21 nömrəli Şəhər Poliklinikasının binasının acınacaqlı vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.
Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, kadrlarda tibb müəssisəsinin divarlarında suvağın qopduğu, iri çatların əmələ gəldiyi və divar örtüyünün tamamilə dağıldığı görünür.
Bakı Baş Səhiyyə Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, qurumun strukturuna daxil olan 21 nömrəli Şəhər Poliklinikası 2026-cı il təmir planına uyğun olaraq cari təmirə cəlb olunub.
Qeyd edilib ki, cari il ərzində tibb müəssisəsinin təmir olunması nəzərdə tutulub.