Ru
12:54 / 03 Noyabr 2016

Azarkeşlərə şad xəbər - Metronun iş saatı uzadıldı

Azarkeşlərə şad xəbər -  Metronun iş saatı uzadıldı
Eye

"Bakı Metropoliteni” QSC-nin iş qrafiki uzadılıb.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BakıPost-a verdiyi məlumata görə, bu, Bakıda "Bakcell Arena"da saat 22:00-da keçiriləcək "Qəbələ"-"Sent-Etyen" qarşılaşması ilə əlaqədardır:



"Oyunla əlaqədar bu gün Bakı metrosunun iş qrafiki gecə saat 01:00-a kimi uzadılıb. Bunun üçün klub rəhbərliyi tərəfindən bizə müraciət daxil olub.

 

Müraciət tərəfimizdən müsbət cavablandırılıb və istənilən halda "Bakı Metropoliteni” QSC klub rəhbərliyi ilə koordinasiyalı şəkildə işləyəcək".

 

O deyib ki, sərnişin axını çox olduqda metronun "Neftçilər" və "Xalqlar dostluğu" stansiyaları 01:00-dan sonra da fəaliyyət göstərə bilər”

 

BakıPost.az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar