Ru
11:11 / 27 Oktyabr 2025

Azər Maqsudovun cəzası elan edildi

Azər Maqsudovun cəzası elan edildi
Eye

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudova hökm oxunub.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə o, 1 il 6 ay müddətə avtomobil idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

A.Maqsudov cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək.

Həmçinin məhkəmə zərərçəkən tərəfin qaldırdığı mülki iddianı baxılmamış saxlayıb.

Prosesdə dövlət ittihamçısı da çıxış edib. O, Azər Maqsudovun 5 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar