Ru
10:55 / 27 Oktyabr 2025

Türkiyə maşınları Azərbaycana bu yolla gələcək - Paşinyan açıqladı

Türkiyə maşınları Azərbaycana bu yolla gələcək  - Paşinyan açıqladı
Eye

Biz ilk dəfə olaraq Ermənistanın büdcəsini Azərbaycanla qurulmuş sülh şəraitində müzakirə edirik.

Bakupost.az APA-ya istinadla istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə büdcə dinləmələrində bildirib.

Paşinyan Türkiyə yük maşınlarının Ermənistan üzərindən Azərbaycana gedə biləcəyi marşrutu da açıqlayıb.

Onun sözlərinə görə, Ermənistan Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu üzrə yük maşınlarının tranzitini təmin etməyə hazırdır.

“Hazırda bu, Ermənistan tərəfinin həyata keçirə biləcəyi yeganə variantdır”, - Baş nazir əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar