Ru
11:01 / 27 Oktyabr 2025

İran və Ermənistan biznes platforması yaradır

İran və Ermənistan biznes platforması yaradır
Eye

İran Ticarət Palatası sədrinin beynəlxalq əlaqələr üzrə müavini Seyid Həmid Əsgəri və Ermənistanın Tehrandakı səfirliyinin ticarət attaşesi Hayek Nazaryan arasında keçirilən görüşdə iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının son vəziyyəti və münasibətlərin inkişaf strategiyaları müzakirə edilib.

Bakupost.az İran KİV-ə istinadən xəbər verir ki, görüşdə iki ölkənin iqtisadi əlaqələrində birbaşa ünsiyyəti asanlaşdırmaq üçün birgə rəqəmsal platformanın (B2B) yaradılması və istifadəyə verilməsi qərara alınıb. Bu platforma hər iki tərəfə daha rahat əlaqələrə imkan yarada bilər.

İran platforma vasitəsilə Avrasiya İqtisadi Birliyi (AİB) ilə sərbəst ticarət əldə etmək istəyir.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar