Ru
11:26 / 27 Oktyabr 2025

Paşinyandan Zəngəzur dəhlizi barədə mühüm AÇIQLAMA: Azərbaycan üçün maneəsiz OLACAQ...

Paşinyandan Zəngəzur dəhlizi barədə mühüm AÇIQLAMA:  Azərbaycan üçün maneəsiz OLACAQ...
Eye

“Hazırda ABŞ ilə “Tramp yolu” layihəsinin həyata keçirilməsi üzrə kifayət qədər intensiv iş aparılır”.

Bakupost.az Teleqraf-a xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Əlbəttə, layihə bizim və region üçün yenidir, onun çoxlu nüansları var və əminəm ki, bu məsələləri mümkün qədər tez müzakirə edəcəyik, həll yollarını tapacağıq və bu proqramı həyata keçirəcəyik”, - o deyib.

Paşinyan əlavə edib ki, bura Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz əlaqəninin təmin edilməsi də daxildir.

Baş nazir Ermənistanın bu məsələ ilə bağlı ABŞ ilə yanaşı, qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə də işləyəcəyini açıqlayıb: “Bu məqsədə mümkün qədər tez nail olmaq üçün xoş niyyətlə bütün tədbirləri görmək əzmimiz olduğunu təsdiq edirik”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar