Ru
19:18 / 24 İyul 2025

Azərbaycan bu şəxsi Özbəkistana ekstradisiya etdi

Azərbaycan bu şəxsi Özbəkistana ekstradisiya etdi
Eye

Azərbaycan Özbəkistan Baş prokurorluğunun vəsatətini təmin edərək bu ölkənn vətəndaşı olan 1982-ci il təvəllüdlü Yusupov Amonbek Abdulxakoviçin (Yusupov Amonbek Abdulkhakovich) Özbəkistana ekstradisiya edib.

Bu barədə Bakupost.az-a Azərbaycanın Baş Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Özbəkistanda Prezidentin şərəf və ləyaqətini alçaltma cinayətinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş A.A.Yusupov cari ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar