Ru
16:32 / 26 Avqust 2025

Azərbaycan Ermənistan konstitusiyasında dəyişikliyi gözləyir - Nazir

 Azərbaycan Ermənistan konstitusiyasında dəyişikliyi gözləyir - Nazir
Eye

Azərbaycan sülh sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsini, ərazi iddialarının aradan qaldırılmasını gözləyir.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

Nazir həmçinin bildirib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamədə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla maneəsiz əlaqəsi xüsusilə vurğulanıb:

“Bu məqsədlə Ermənistan ərazisində həyata keçiriləcək Zəngəzur dəhlizi (Tramp yolu) Azərbaycanın daxili birliyini və regional iqtisadi inteqrasiyanı təmin edir: "Bu layihə həmçinin regional ticarət və nəqliyyat imkanlarını genişləndirəcək”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar