Ru
15:42 / 26 Avqust 2025

Berlin Moskvaya təzyiqi artırmağa hazırdır - Almaniya kansleri

 Berlin Moskvaya təzyiqi artırmağa hazırdır - Almaniya kansleri
Eye

Almaniya kansleri Fridrix Merts hesab edir ki, Rusiyaya təzyiqin gücləndirilməsi zəruridir.

Bakupost.az “Morning Post”a istinadən xəbər verir ki, bu barədə Merts Berlində Kanadanın Baş naziri Mark Karni ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Merts Moskvanı Ukrayna üçün sülh axtarışı prosesində "yubatma strategiyası" həyata keçirməkdə ittiham edib.

Xüsusilə bu, Rusiya Prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Volodimir Zelenski arasında planlaşdırılan ikitərəfli görüşə aiddir.

Merts vurğulayıb ki, əgər görüş Tramp və Putinin razılaşdırdığı kimi baş tutmazsa, "top yenidən avropalıların və amerikalıların tərəfində olacaq".

Öz növbəsində, Karni də Putini Zelenski ilə görüşü yubatmaqda ittiham edib.

Kanadanın Baş naziri əlavə edib ki, ölkəsi Ukraynada sülh və təhlükəsizliyin təmin olunmasına kömək edəcək.

"Buna yalnız Rusiyaya qarşı sanksiyalar və Ukrayna silahlı qüvvələrinin gücləndirilməsi yolu ilə nail olmaq mümkündür. Həmçinin etibarlı təhlükəsizlik zəmanətləri də lazımdır", - o vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar