Ru
17:04 / 26 Avqust 2025

Avropa İttifaqı Rusiyaya təzyiqi artırmağı planlaşdırır

Avropa İttifaqı Rusiyaya təzyiqi artırmağı planlaşdırır
Eye

Avropa İttifaqı (Aİ) Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərini, eləcə də Rusiyaya təzyiqin artırılması məsələsini avqustun 28–30-da keçiriləcək görüşlərdə müzakirə edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper məlumat verib.

“Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsinə gəldikdə, müzakirələr davam edir, diplomatik səylər göstərilir . Avqustun 28–30-da keçiriləcək qeyri-rəsmi görüşlər zamanı Rusiyaya təzyiqi gücləndirmək üçün hansı imkanlara sahib olduğumuzu da müzakirə edəcəyik”, - deyə o, brifinq zamanı deyib.

Hipperin sözlərinə görə, Aİ nümayəndələri həmçinin Kiyevə “daha çox və daha effektiv” dəstəyin necə göstərilə biləcəyini müzakirə etməyi planlaşdırırlar.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar