Ru
19:44 / 06 Noyabr 2025

Azərbaycan Ermənistana nə qədər rus buğdası ötürəcək? - Rəsmi

Azərbaycan Ermənistana nə qədər rus buğdası ötürəcək? - Rəsmi
Eye

2026-cı ilin yanvar ayının sonuna kimi 132 vaqon Rusiya buğdası Azərbaycan və Gürcüstan ərazisindən keçməklə dəmir yolu ilə Ermənistana çatdırılacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi öz Teleqram kanalında məlumat yayıb.

İlk yük – 1000 tondan çox taxıl – Ulyanovsk vilayətindəki Dimitrovqrad stansiyasından yola salınıb. Daşınma Rusiya Dəmir Yolları tərəfindən təşkil olunub. 15 vaqon taxıldan ibarət qatar Azərbaycan ərazisindən keçərək Dalarik stansiyasına yollanır.

Nazirlik qeyd edib ki, yeni logistik marşrutun təşkili Azərbaycan üzərindən Ermənistana yük tranzitinin bərpasından sonra mümkün olub. Bu, 1990-cı illərdən bəri ilk belə göndərişdir. Buğda ilə yanaşı, digər kateqoriyalı yüklərin çatdırılması da müzakirə olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar