ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ermənistanla münaqişənin həllində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib.
Bakupost.az Report-a istinadən xəbər verir ki, bu barədə Stiv Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında danışıb.
Uitkoff bildirib ki, avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini birbaşa soruşub.
Azərbaycan lideri cavab verib ki, məqsədi yalnız işğal olunmuş torpaqları qaytarmaq olub.
ABŞ Prezidentinin xüsusi elçisinin fikrincə, bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz bir qərardır.