Ru
18:21 / 16 Aprel 2026

35 il sonra Ermənistandan məhsul aldıq - Başqa hansı mallar idxal edilə bilər?

35 il sonra Ermənistandan məhsul aldıq - Başqa hansı mallar idxal edilə bilər?
Eye

Bu ilin ilk aylarında Azərbaycan-Ermənistan iqtisadi münasibətlərində diqqətçəkən dinamika qeydə alınıb. Uzun illər davam edən siyasi gərginliyə baxmayaraq, iki ölkə arasında məhdud da olsa ticarət əməliyyatlarının həyata keçirilməsi maraq doğurur. Belə ki, mart ayında Azərbaycan Ermənistandan ilk dəfə olaraq idxal həyata keçirib. Bununla yanaşı, ilin ilk rübündə ixrac əməliyyatlarında da müəyyən göstəricilər formalaşıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb. Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 faizini təşkil edib.

Dövlət Gömrük Komitəsindən Bakupost.az-a bildirilib ki, cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızıl gül idxal edilib.

“Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb”, -məlumatda deyilir.

Bəs Azərbaycan Ermənistandan daha nələr ala bilər? Azərbaycan bazarında hansı erməni məhsullarına tələbat var?

İqtisadçı Natiq Cəfərli hesab edir ki, gələcəkdə əlaqələrin genişləndirilməsi üçün imkanlar var:

“Fikirləşməliyik ki, Ermənistana nə sata və nə ala bilərik. Bir çox məsələlərdə, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalında rəqibik. Onlarda da, bizdə də ixracatda meyvə və tərəvəz üstünlük təşkil edir. Elə məhsul növü tapmalıyıq ki, qarşılıqlı ticarət üçün də əlverişli olsun. Hazırda ən optimal variant enerji daşıyıcılarının satışıdır. Buna hamının, həmçinin Ermənistanın da ehtiyacı var. Ermənistan Azərbaycana məhsul siyahısı təqdim edib. Siyahıda kənd təsərrüfatı məhsulları, dəmir filizi, alüminium tipli məhsullar yer alır. Azərbaycanın hansı məhsullara ehtiyacı olarsa, Ermənistandan onları sifariş edə bilər”. (Musavat.com)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar