Ru
19:20 / 16 Aprel 2026

Azərbaycanın Ermənistandan aldığı malın adı açıqlandı

Azərbaycanın Ermənistandan aldığı malın adı açıqlandı
Eye

Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızılgül idxal edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

"“Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən, idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, "Dövlət Gömrük Komitəsinin "Xarici Ticarətin Gömrük Statistikasına dair Hesabat"na əsasən, 2026-cı ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə olaraq 960 ABŞ dolları dəyərində mal idxal edib.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr 1991-ci ildən tamamilə dayandırılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar