Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.
Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan “Mersedes” markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.
20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.