Nəqliyyat ödənişləri başa bəla oldu: Kartlardan pul niyə silinir?
415
Artıq vətəndaşlar “BakıKart”la yanaşı, digər bank kartları ilə də metro və avtobuslarda gedişhaqqı ödəyə bilirlər. Lakin bu yenilik rahatlıq əvəzinə çətinlik yaradıb. İstifadəçilər bildirir ki, alternativ kartlarla ödəniş zamanı məhdudiyyətlər yaranır, əlavə vəsait çıxılır, hətta bəzi hallarda gün ərzində nəqliyyatdan istifadə edilmədiyi halda belə kartdan pul silinir.
Bəs bu problemlərin əsas səbəbi nədir? Gün ərzində istifadə edilmədiyi halda kartdan vəsaitin silinməsi hansı hallarda baş verir?
Mövzu ilə əlaqədar “BakıKart”ın mətbuat xidməti ilə əlaqə saxladıq.
Qurumdan bildirildi ki, əsas səbəb NFC ilə edilən ödənişlərin dərhal təsdiqlənsə də, vəsaitin kartdan silinməsinin gecikməsidir. Bu gecikmələr nəticəsində bəzi kartlarda borc yaranır və buna görə müvəqqəti məhdudiyyətlər tətbiq olunur.
Həmçinin qeyd olunub ki, aprelin 6-dan etibarən NFC funksiyalı bank kartlarında yaranmış məhdudiyyətlərin aradan qaldırılmasına başlanılıb və artıq 250 min kart bu məhdudiyyətdən çıxarılıb.
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev də fikirlərini deyib: