Ru
20:37 / 17 Noyabr 2019

Azərbaycan mətbəxi Parisdə nümayiş olunur

1506
Azərbaycan mətbəxi Fransanın paytaxtı Parisdə nümayiş etdirilir.

BakuPost-un
Report-a istinadən məlumatına görə, ölkəmiz Fransada Azərbaycanın Dostları Asossiasiyasının təşkilatçılığı ilə 15-17 noyabr tarixində Paris şəhərinin ən məşhur sarayı "Grand Palais"də (Böyük Saray - red) keçirilən "Festival du bien-manger"də ("Ləziz yeməklər" festivalı) təmsil olunur.

Festival iştirakçılarına milli şirniyyatımızın tanınmış növlərindən olan şəkərburanın hazırlanması qaydaları, habelə xəmirin hazırlanması, üstünün bəzədilməsi və s. nümayiş olunub.

Təqdimat zamanı iştirakçılarla Azərbaycanla bağlı quiz keçirilib və düzgün cavab verənlərə Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar hədiyyə olunub. Məşhur fransız aşbazı Cyril Rouquet Provostun aparıcılığı ilə milli bayramlarımız, adət-ənənələrimiz, zəngin mətbəxımiz haqqında geniş məlumat verilib.

Ölkəmizin festivalda iştirakı Eduard Cointerau, Anne-Laure Descombin və Agora Expo şirkətlərinin rəhbərlik etdiyi "Beynəlxalq Qastronomiya Şəhərciyi" layihəsi ilə əməkdaşlığı çərçivəsində baş tutub. Fransada Azərbaycanın Dostları Assosiasiyası artıq 3 ildir "Beynəlxalq Qastronomiya Şəhərciyi" layihəsində iştirak edir.

120 yerli iştirakçi, 13 ölkə, 30-dan çox tanınmış aşpazın qatıldığı festival Fransanın ən böyük beynəlxalq bazarı olan Rungisin 50 illik yubileyinə həsr olunmuş mərasim çərçivəsində təşkil edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər