Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək. Bu, ölkəmizdə, eləcə də, Qafqazda bir ilkdir. Bununla da şəhərin "Ulduz" və "Koroğlu" metro stansiyalarına yaxın ərazisində böyük nəqliyyat gərginliyi aradan qalxaraq, yeni bir qovşaq yaranacaq. Bu qovşaq həm avtomobil yolunu, həm metronu, həm də dəmir yolu xəttini özündə ehtiva edəcək.