Ru
23:52 / 21 Aprel 2026

Ali təhsilli şəxslər üçün hərbi xidmət 3 ay olacaq?

Ali təhsilli şəxslər üçün hərbi xidmət 3 ay olacaq?
Eye

Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aktuallaşıb və bu məsələ həm cəmiyyətdə, həm də ekspertlər arasında fərqli yanaşmalar doğurur. Əsas sual isə ondan ibarətdir ki, belə bir modelin tətbiqi nə dərəcədə realdır və bu dəyişiklik ordunun hazırlıq səviyyəsinə, eləcə də kadr təminatına necə təsir göstərə bilər.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılmasının tərəfdarlarından olduğunu açıqlayıb.

“Hesab edirəm ki, bu kateqoriyaya daxil olan şəxslər hərbi xidmətə başladıqdan sonra bir il ərzində öz ixtisaslarına dair bilik və vərdişlərinin bir qismini itirə bilirlər və bu, arzuolunan hal deyil. Ali təhsilli şəxslər də digər hərbi qulluqçular kimi onlara həvalə olunan vəzifələri yerinə yetirirlər. Buna görə də burada imtiyaz və ya xüsusi güzəşt məsələsindən daha çox sistemin effektivliyi müzakirə olunmalıdır. Mənim fikrimcə, bu müddət azaldılmalıdır. Hətta xidmət müddətinin bir il deyil, daha qısa, doqquz ay, altı ay, hətta bəzi hallarda üç ay olması da mümkündür. Çünki Azərbaycanda çağırış potensialı kifayət qədər yüksəkdir və ümumilikdə peşəkar ordu modelinə keçid istiqamətində addımların sürətləndirilməsi vacibdir. Bu yanaşmanı onunla əsaslandırıram ki, hər bir xalqın gücü onun savadlı kadrları ilə ölçülür. Azərbaycanda da elmə və təhsilə yönəlmiş kifayət qədər gənc var. Lakin uzunmüddətli hərbi xidmət bəzi hallarda onların peşəkar inkişafında fasilə və motivasiya azalmasına səbəb ola bilər. Ona görə də xidmət müddətinin azaldılması daha məqsədəuyğun görünür”.

Ekspert bildirib ki, həm ictimaiyyət, həm də rəsmi dairələr hərbi xidmət mövzusunu müzakirə etsələr də, alternativ xidmət məsələsi kifayət qədər gündəmə gətirilmir.

“Halbuki bu istiqamətdə qanunvericilik mövcuddur və vaxtilə hazırlanıb, sadəcə müəyyən tarixi səbəblərə görə tam tətbiq olunmayıb. Bu gün həmin alternativ xidmət mexanizminin də tətbiqi və genişləndirilməsi vacibdir. Müxtəlif sosial və peşə sahələrində xidmət imkanlarının yaradılması daha balanslı yanaşma ola bilər. Bəzi arqumentlər, xüsusilə regional təhlükəsizlik və gərginliklə bağlı səbəblər xidmət müddətinin azaldılmamasını əsaslandırmaq üçün istifadə olunsa da, mən hesab edirəm ki, bu yanaşma hər zaman həlledici olmur. Ali təhsilli şəxslərin xidmət müddətinin azaldılması ordunun döyüş qabiliyyətinə və ya kadr təminatına ciddi mənfi təsir göstərməz”.

Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər hərbi təhsil müəssisələri və hazırlıq sistemləri mövcuddur.

“Hər kəs öz peşə seçiminə uyğun olaraq ya hərbi sahəyə, ya da digər ixtisaslara yönələ bilir. Ümumilikdə yanaşmam ondan ibarətdir ki, ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması həm sosial, həm də peşəkar baxımdan daha düzgün addım ola bilər. Bu prosesin gecikdirilmədən, daha balanslı şəkildə həyata keçirilməsi məqsədəuyğundur”.

Şərhlər
  • Mahir

    Bəli. Cox doğru qərardır. İndiki dövrdə bütün elm sahələrində inkişaf sürətlə gedir. 1 il əsgərlikdə itirilən vaxt həmin uşaqların gələcəyinin itirilməsi ilə nəticələnir.Sərhədlərimkzi qorumaq üçün də cəngavər oğullarımız var hansı ki,hərbiyə getmək istəyən,sırf o sahəni seçən. O arzuda olanlar sırf hərbi sahəsini seçin peşəkar hərbçi olmaqları daha məqsədə uyğundur.

  • Hafiz Tahirov

    Bu belə olmaz heç vaxt, sarsaq danışan ekspert rəyləri yalnız öz övladlarının ritorikası üzərində mülahizələr söyləyirlər, çünki xidmət müddəti düzgün təyin olunub,belə qalacaq

  • Babək Rəhimov

    Doğru təklifdir .3 ay olması daha yaxşı

  • Vüsalə Cəfərova

    3 ay olsa yaxşı olar və ixsas və peşəyə də diqqət olunsa dahada gözəl olar

  • Süleymanova Leyla

    Məni atasız tək oğul böyütmüşəm. Özümdə 3 cü qrup ömürlük əliləm. Həmdə oğlumun oynaq çıyın çıxığı var. Belə olan halda əsgərə düşür?

  • Aytac Babayeva

    3ay olmasa da heç olmasa 6ay olsa yaxşı olardı...

  • Aytac Babayeva

    Çox gözəl qərardır. Qatılıram. Gənclərimiz peşələrinə dair bildiklərini unutmamış olar. Hərbi xidmətdən sonra adaptasiya olmağa da vaxt itirirlər.

  • Ulviyya

    Beli çox duzgun qerardı 3 ay olsa daha uygundu Savadlı kadır yetişmeli

  • Rəsmiyyə Behputova

    Qərar tez olsa yaxşıdır, oğlum 3 aydır əsgərlikdədir, 3 ay sonra əsgərliyi bitərdi. İnşallah bu qərar tezliklə həllini tapar, amma Vətənə xidmət hər bir oğulun borcudur

  • Zaur Rəhmanov

    Bəli çox düzgün qərar olar qəbul etsələr. Heç olmasa 6 ay.

  • Vüsal Həsənov

    Ogun olsun uwaq pulu da versinler

  • Məcidov Nurlan

    Bəli Məndə Razıyam 6 Ay Olsa Daha Yaxşı Olar

  • Təhməzli İslam

    3 ay demirəm 6 ay olsada yaxşıdı təhsili olmayanlarda 1 il olsa qənaətbəxşdir

  • Mezahir Memmedov

    Cox dogru qerardir!

  • məzahir

    Hələ hərbi xidməti başa vurandan sonra hər il 21 gün yenidən çağırılmağı demirəm.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar