Ru
00:10 / 22 Aprel 2026

Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı

Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı
Eye

Hazırda 80 min ailəyə – 350 minə yaxın şəxs ünvanlı sosial yardım alır. Yardımın hər ailəyə düşən orta məbləği 428 manat təşkil edir.


Bakupost.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA-ya müsahibəsində deyib.

Nazir bildirib ki, ötən müddət ərzində bu məbləğ 2,4 dəfə artaraq 175 manatdan 428 manata çatıb. Həmçinin, ehtiyac meyarının məbləği 130 manatdan 300 manata qədər yüksəlib.

“Hazırda ünvanlı dövlət sosial yardımın təyin olunması elektron şəkildə həyata keçirilir. Hər bir ailənin bu yardıma uyğunluğu nazirlik tərəfindən qiymətləndirilir. Elektron qiymətləndirmədən sonra hər bir ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçiririk. Ötən müddət ərzində ünvanlı dövlət sosial yardımın əlçatanlılığı istiqamətində xeyli addım atmışıq. Ünvanlı dövlət sosial yardımın alt sistemi, hardasa, iki il bundan əvvəl istifadəyə verilib. Həmin proqramın böyük həcmdə elektronlaşdırılmasına nail olmuşuq. Bu gün şəxs haqqında məlumatlar aidiyyəti dövlət orqanlarının elektron informasiya bazalarında varsa, biz həmin məlumatları şəxsdən tələb etmirik, elektron qaydada əldə edirik. Eyni zamanda, bir sıra hallarda ünvanlı sosial yardımın müddəti bitdiyi halda elektron sistemlər üzərindən müşahidə etdikdə şəxsin gəlirində və ailə vəziyyətində dəyişiklik görülmürsə, sosial yardımın müddətini proaktiv qaydada uzadırıq. Hər bir proqramın öz şərtləri var. Bu şərtlərə cavab verməyən şəxslərə, ailələrə sistem üzərindən imtinalar verilir. Sizi birmənalı şəkildə əmin edə bilərəm ki, bütün narazılıq halları, şikayətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları tərəfindən yerində araşdırılır. Hər bir şikayətə diqqətlə baxırıq. Şəxsin hüququ yarandığı təqdirdə, şikayəti təmin edirik. Hər il bu proqramın icrasına dövlət büdcəsindən 450 milyon manatdan çox vəsait ayrılır”, – o əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar