Ru
22:09 / 18 Yanvar 2021

Azərbaycan və Türkiyə yeni media platforması yaradır

Azərbaycan və Türkiyə yeni media platforması yaradır
Eye

Azərbaycan və Türkiyə arasında birgə media platforması yaradılır.

"BakuPost" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.

Sənəddə qeyd edilib ki, birgə media platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.

Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 19-da keçiriləcək komitə iclasında müzakirə ediləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar