Ru
10:09 / 14 Noyabr 2019

Azərbaycana 25 kq narkotik gətirən iranlı tutuldu - FOTO

1997
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində keçirilən əməliyyat-axtarış və qoşun tədbirləri nəti­cəsində meşəlikdə gizlədilən 1 ədəd qara rəngli çanta aşkar olu­naraq götürülüb.

DSX-dən BakuPost-a verilən məlumata görə, çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr “heroin”, 1 kq 535 qr “meta­mfitamin”, 10 kq 10 qr “tiryək” və 1500 ədəd “metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götü­rülüb.


Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycana gəti­rən İran vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər