Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir.
Bakupost.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxslər moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlamamağa və qaydalara əməl etməlidir:
“Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək. Bu müddətdə balıq ovu ilə məşğul olan hər kəsi balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirik”.
Nazirlik rəsmisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə Su Nəqliyyatında Polis İdarəsi ilə birlikdə ölkənin daxili su hövzələrində “Təmiz hövzələr” aksiyasının həyata keçirildiyini də vurğulayıb.
H.Əlizadə həmin aksiyaların ölkənin bütün sututarlarında davam etdirildiyini, may ayından isə Xəzər dənizində keçiriləcəyini balıq ovu ilə məşğul olanların diqqətinə çatdırıb.
Butun şəhərlərin bazarı balıq ilə doludur soruşmaq ayıb olmasın hardan tutulur bu balıqlar ? Qaşıqla tutanların bura nə aidiyyatı var ?
Salam Mənim67 yaşim var uşaqliqdan həvəsliyəm baliqciliğa bu mənimxobbimdi indi nəqədər ömrüm qalib Allah bilir mən neyləməliyəm?
Məncə qırmaq ilə tutanlara icazə olmalıdır ən azındad istitahətə gedirik brokanyerlikə yox.
Xəbəri tam yazın ya da yazmıyın. Həvəskar balıqçılıq(ovçuluq) deyilən bir şey var . Tutulan balıq miqdarı var. Hansı balığı hansı ayda tutmaq olmaz var. Ümumi qadağan olundu deyirsiz. Qırmızı kitaba düşmüş balıqlar xaric digərləri üçün həvəskar balıqçılara birbaşa qadağa olması qeyri qanunidir.