Azərbaycanda
100-ə qədər insan təhlükəli xroniki infeksion xəstəlik olan cüzamdan əziyyət çəkir.
Azərbaycanın
baş dermatoveneroloqu Zülfüqar Fərəcov APA-ya deyib ki, cüzam qədim bir xəstəlikdir
və ölkədə də belə xəstələr var.
Cüzam xəstələrinin
əsasən izolə olunduğunu deyən Z.Fərəcov vurğulayıb ki, uzun müddət xəstə ilə təmasda
olduqda xəstəlik birindən digərinə keçə bilər: "Adətən ailədə bir-birinə keçmə
hallarına təsadüf olunur. Cüzam xəstəliyi əsasən şimali Afrikada və Hindistanda
daha geniş yayılıb. Bu xəstələr izolə olunmalı və mütəmadi müalicə
almalıdırlar. Xəstəliyin çox ağır fəsadları var. Müalicə kursu alandan sonra onun
formasından asılı olaraq xəstə evə buraxıla bilərlər. Lakin cüzamın ağır
formalarında - lepratomaq, tuborkloid və
qeyri-müəyyən tiplərində xəstələr daima müalicə olunmalıdır".
BakıPost.az