Ru
15:40 / 07 Sentyabr 2022

13 yaşlı qız 15 yaşlı oğlandan uşaq doğub... - Yeni məlumatlar

13 yaşlı qız 15 yaşlı oğlandan uşaq doğub... - Yeni məlumatlar
Eye

***

09:12


Azərbaycanda yeniyetmə qız uşaq dünyaya gətirib.



Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bilirib. Onun sözlərinə görə, ötən gün 13 yaşlı qız ev şəraitində uşaq doğub:

"Bəlkə yuxudaydım...Kəmalə xala,13 yaşım var,təcavüzdən uşağım doğulub...

Yuxuda deyildim...Uşağın dedikləri məni bu gecə yuxu görməyə həsrət qoydu...


Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. Xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır,13 yaşlı ana isə sığınacağımıza yerləşməyini xahiş edir...".


Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, hadisə barədə araşdırma aparılır. Araşdırmanın nəticəsindən sonra lazımi hüquqi tədbir görüləcək.


***
12:29


TƏBİB 13 yaşında ana olan yeniyetmənin və körpəsinin səhhəti ilə bağlı məlumat yayıb.

Qurumdan Bakupost.az -a bildirilib ki, 06.09.2022-ci il tarixində, saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.


Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.

Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3600 qramdır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.


***
14:03


Sentyabrın 7-də sosial şəbəkədə 13 yaşlı qızın ana olması barədə yayılan məlumatla əlaqədar Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal aidiyyəti qurumlara müraciət edib.


Bu barədə Bakupost.az -a Dövlət Komitəsindən məlumat veirlib.


Bildirilib ki, həmçinin Dövlət Komitəsinin əməkdaşları psixoloqun iştirakı ilə tibb müəssisəsində olub, yetkinlik yaşına çatmayan qızın sağlamlıq vəziyyəti ilə maraqlanıb və onun psixoloji durumu qiymətləndirilib: "Qeyd edək ki, azyaşlı ananın və yenidoğulmuş körpənin sonrakı taleyi ilə bağlı məslələlər Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir".


***
15:40

Xəbər verdiyimiz kimi, Azərbaycanda 13 yaşlı qız dünyaya uşaq gətirib.


Bakupost.az lent.az-a istinadən xəbər verir ki, dünyaya gələn uşağın atasının da 15 yaşı var. Bundan başqa 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. Qız illər əvvəl öz atasını itirib. Hazırda ögey ata ilə yaşayırmış.


Ailənin çox kasıb olduğu və butulka sataraq çörəkpulu əldə etdikləri deyilir.


Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.


Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda olan əməkdaşımıza bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır.


Şərhlər
  • Həsən

    Əsgərov

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar