Azərbaycanda ən az əməkhaqqı alanlarla bağlı zaman-zaman fikirlər səsləndirilir. Bir çox peşə sahibləri də, onların ən az maaş aldığı qənaətindədir. Bu fikirlər isə müzakirələrə səbəb olur. Bəs görəsən, bu gün dövlət büdcəsindən ən az maaş alanlar kimlərdir? Polisləri, müəllimləri, həkimləri bu siyahıya əlavə etmək olarmı?
Bakupost.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov Lent.az-a açıqlamasında polisləri az maaş alanlar kimi adlandırmağı doğru hesab etməyib.:
"Dövlət büdcəsindən işçilərə ən az ayrılan maaş məbləği 400 manatdır. Vahid tarif cədvəlinə əsasən 19 dərəcə var. Bu cədvələ uyğun olaraq əməkhaqqı alanların birinci dərəcəsində büdcədən ən az maaş alan ixtisas sahibləri daxildir. Bu şəxslərə isə bir çox qurumlarda rast gəlmək olur. Lakin onu da qeyd etmək lazımdır ki, 400 manat maaş alanların böyük əksəriyyəti ali təhsili olmayan şəxslərdir. Yəni, həkim, müəllim, polis kimi peşə sahibləri bu kateqoriyaya daxil deyil.
Ümumi sektor üzrə nəzər saldıqda, kənd təsərrüfatı və əhaliyə sosial xidmət göstərən istiqamətlərdə əməkhaqqları çox aşağıdır. Düzdür, vəzifələr üzrə onların içərisində də yüksək maaş alanlar var, amma ümumilikdə rəqəmlər aşağıdır", - o əlavə edib
Biz-tarixən rəsmi AXC dən AzSSR ədalətli-bərbaər bölgülü sosiializmi də keçmiş ölkəyik! Avropa Kommunizm xəyalətini və real Sosializmi yaşamayıb, təkcə adını eşidib, daha ədalətli münasibətlər bərqərar etdiklərinə ramən dövlətimiz hər mmüəssisə və sahə üzrə məvaciblərin 19 tarif dərəcəsində və bərabər orta aylıq səviyyəsinə çalışmalıdır. Dağ-aran əmsalları ciddi tətbiq edilsəydi bəlkə də, hər vətəndaş-ailə iş və yaşam üçün Abşeron-Xəzər Tıxacına daşınmazdı?