Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, general bu gün səhər qəfil dünyasını dəyişib.
Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra yaş həddi ilə bağlı təqaüdə göndərilib.