Ru
14:16 / 11 Oktyabr 2025

AFFA Santuşa təzminat ödədi

AFFA Santuşa təzminat ödədi
Eye

AFFA Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilən Fernandu Santuşa təzminat ödəyib.

Bakupost.az Qol.az-a istinadla xəbər verir ki, bu haqda jurnalistlərə qurumun baş katibi Cahangir Fərəcullayev məlumat verib.

O, təzminatın məbləğini açıqlamasa da, federasiya tərəfindən müqavilədə yer alan bütün şərtlərə əməl edildiyini söyləyib.

Qeyd edək ki, Santuş ötən ay vəzifəsini tərk edib. Onunla imzalanan müqavilə vaxtından əvvəl ləğv edilib.

Santuş 2024-cü ilin iyun ayında Azərbaycan millisinin baş məşqçisi təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar