Vətəndaşlardan daxil olan müraciətlər əsasında Tələt Şıxəliyev küçəsində AYNA-nın mütəxəssisləri tərəfindən təhlillər aparılaraq yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib.
AYNA-dan Bakupost.az-a verilən məlumata görə, monitorinq nəticəsində ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib.
Sözügedən ərazidə yaşayan sakinlərin parklanma tələbatı, nəqliyyat intensivliyivə yolun həndəsi ölçüləri nəzərə alınaraq, Tələt Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli təşkili məqsədəuyğun hesab edilib.