Ru
17:02 / 11 Oktyabr 2025

İsrail küçələri Trampın gəlişinə BELƏ hazırlaşır - VİDEO

İsrail küçələri Trampın gəlişinə BELƏ hazırlaşır - VİDEO
Eye

Amerika Prezidenti Donald Trampın gəlişi ərəfəsində İsraildə ABŞ bayraqları dalğalanır.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu haqda məlumatı “RT” yayıb.

Məlumata görə, Tramp israilli girovları oktyabrın 12 və ya 13-də HƏMAS hərəkatı tərəfindən əsirlikdən azad edildikdən sonra şəxsən salamlamağı planlaşdırır.

Amerika lideri həmçinin İsrail Knessetində (parlamentdə) çıxış etməyi düşünür.

Qeyd edək ki, oktyabrın 9-da İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Jared Kuşner (Trampın kürəkəni) ilə Qəzza zolağının nizamlanması məsələsini müzakirə etmək üçün görüşüb.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar