Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak açıqlama verib.
Telefon danışığından sonra V.Zelenski sosial şəbəkələrdə paylaşım edib.
O bildirib ki, amerikalı həmkarı Donald Trampla Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin gücləndirilməsi imkanlarını müzakirə edib.
Ukrayna Prezidentinin sözlərinə görə, Tramplа söhbət məhsuldar keçib.