Ru
13:42 / 11 Oktyabr 2025

Bakı metrosunda yenilik: gediş haqqı buna görə artıb?

Bakı metrosunda yenilik: gediş haqqı buna görə artıb?
Eye

Bakı Metropoliteninin stansiyalarında qatarların gəlmə vaxtını göstərən yeni elektron lövhələr quraşdırılıb. Artıq sərnişinlər növbəti qatarın neçə dəqiqəyə gələcəyini real vaxt rejimində görə bilirlər. Bəziləri ironiya edərək, bu yeniliyi 10 qəpiklik gediş haqqı artımının “böyük bəhrəsi” kimi təqdim ediblər.

Bakupost.az xəbər verir ki, iqtisadçı Fuad İbrahimov Globalinfo.az-a açıqlamasında intervalların göstərilməsinin yeni yanaşma olmadığını, bunun sovet dövründə də olduğunu qeyd edib.

“Dünyanın hər yerində belə sistemlər tətbiq olunur. Bu yeniliyi 10 qəpiklik tarif artımı ilə əlaqələndirmək doğru deyil. Çünki bu sistemlərin tətbiqi maddi yük yaratmır. Bunlar sadə elektron cihazlardır və avtomatlaşdırılmış idarəetmə sistemləri ilə işləyir”, - o bildirib.

F.İbrahimov əlavə edib ki, vətəndaşların hazırkı gəlirlərini nəzərə aldıqda bu cür artımlar onların real imkanlarına uyğun gəlmir:

“Bu siyasət sosial baxımdan əsaslandırıla bilməz. Qərar verilib və artıq tətbiq olunub, amma bu cür sistemlər nə dünya üçün yenilikdir, nə də bizim üçün. Ona görə də bunu böyük irəliləyiş kimi təqdim etmək, yaxud tarif artımına haqq qazandırmaq doğru yanaşma deyil”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, avtobusda bu sistemi tətbiq etmək bir qədər çətin olacaq:

“Bakının tıxacı imkan verməyəcək ki, avtobus gəlmə vaxtını göstərən yeni elektron lövhələrdəki vaxta uyğun gəlib məntəqəyə çatsın”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar