Ru
14:13 / 11 Oktyabr 2025

Məhkəmədən icra başçısının həbsdəki müavini barədə yeni QƏRAR - FOTO

Məhkəmədən icra başçısının həbsdəki müavini barədə yeni QƏRAR - FOTO
Eye

Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova vaxtından əvvəl azadlığa çıxmaq istəyir.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sadıqova cəzasının qalan 8 ayının şərti hesab edilməsini xahiş edib.

Lakin həm birinci instansiya, həm də apellyasiya məhkəməsi onun müraciətini təmin etməyib. Hakimlər cəza növünün dəyişdirilməsi üçün yetərli əsas görməyiblər.

Qeyd edək ki, xanım məhkum bu ilin yazında məntəqə tipli cəzaçəkmə müəsisəsinə köçürülməsi üçün məhkəməyə müraciət etmişdi. Həmin vaxt da rədd qərarı verilmişdi.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb ediliblər. G.Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar