Ru
14:06 / 11 Oktyabr 2025

Azərbaycanda mandatdan imtina edən deputatlar - SİYAHI

Azərbaycanda mandatdan imtina edən deputatlar - SİYAHI
Eye

Məlum olduğu kimi, Türk Dövlətləri Parlament Assambleyasında (TÜRKPA) baş katib kimi fəaliyyətini davam etdirəcək millət vəkili Ramil Həsən parlamentdəki işini dayandıracaq. Yeni vəzifəyə gedən politoloqun mandatına bu səbəbdən vaxtından əvvəl xitam veriləcək.

Bakupost.az Teleqraf-a istinadən son illərdə başqa bir vəzifəyə təyin olunma səbəbindən Milli Məclisdən gedən sabiq deputatlarla bağlı məlumatları təqdim edir:

Muxtar Babayev

Hazırda ekologiya və təbii sərvətlər naziri olan Muxtar Babayev bu vəzifəyə təyinat alana qədər IV və V çağırış deputatı olub. M.Babayev hər iki seçkidə 43 saylı Sumqayıt III seçki dairəsindən seçicilərin etimadını qazanmışdı. 2018-ci ilin aprelindən isə ekologiya və təbii sərvətlər naziridir. O, eyni zamanda 2025-ci ildə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsidir.

Vüsal Hüseynov

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da keçmiş deputatlardandır. V çağırış deputatı olmuş V.Hüseynov 91 saylı Ucar seçki dairəsində etimad qazanmışdı. O da Muxtar Babayevlə eyni tarixdə vəzifəyə yüksəlib, Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.

Rövşən Rzayev

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırkı sədri Rövşən Rzayev isə IV çağırış deputatı olub. Göygöl-Daşkəsən bölgəsinin sabiq deputatı 7 ildir ki, "Qaçqınkom”un sədridir.

Ramin Məmmədov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub. Milli Məclisin VI çağırış deputatı ötən il Komitəyə sədr təyin olunub.


Fuad Muradov

İki dəfə deputat seçilən Fuad Muradovun mandatına isə 2018-ci ildə xitam verilib. O, həmin tarixdən Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir. F.Muradov əvvəlcə 29 saylı Səbail seçki dairəsindən, daha sonra isə 34 saylı Xətai II seçki dairəsindən deputat seçilmişdi.

Elşad Həsənov

2019-cu ildə Yasamalın icra başçısı təyin edilən Elşad Həsənov isə V çağırış deputatı olub. O, hazırda icra başçısı olduğu Yasamaldan da deputat seçilmişdi.

Rövnəq Abdullayev

Hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayev üç dəfə 24 saylı Nizami I seçki dairəsindən deputat seçilib. 16 il SOCAR-ın prezidenti vəzifəsini daşıyan Abdullayev 2022-ci ildən iqtisadiyyat nazirinin müavinidir. O, SOCAR prezidenti olduğu müddətdə də deputat mandatında qalıb. Konstitusiyanın 89-cu maddəsi isə şəxsin dövlət orqanlarında vəzifə tutduqda onun deputat səlahiyyətlərinə xitam verilməsini tələb edir.

Rüstəm Xəlilov

Salyanın hazırkı icra başçısı Rüstəm Xəlilov isə III , IV və V çağırış deputatı olub. Sabirabad II seçki dairəsinin sabiq deputatı 2019-cu ildə Hacıqabulun icra başçısı təyin edilmişdi, 5 il bu rayonda işlədikdən sonra işdən azad olunmuş və Salyana rayonuna eyni vəzifəyə göndərilmişdi.

Şahin Seyidzadə

VI çağırış Milli Məclisin deputatı olmuş Şahin Seyidzadənin mandatına isə 2022-ci ildə xitam verilib. Buna səbəb olun "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunması idi. Ancaq Seyidzadənin yeni vəzifə sevinci çox uzun çəkməyib. O, ötən il bu vəzifəsindən azad olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar