"Gecə saatlarından ölkə ərazisində internetin bloklanacağı və sosial şəbəkələrə məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir".
Bakupost.az xəbər verir ki, bunu İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas deyib.
Onun sözlərinə görə, bu tipli dezinformasiyaları tirajlamağa ehtiyac yoxdur:
"Bu xəbərə inanan insanlar VPN istifadəsinə keçməklə məlumatlarını potensial olaraq təhlükə altında qoyurlar".
Qeyd edək ki, Azərbaycanda "TikTok" və "Telegram" müvəqqəti bloklanıb. Bundan sonra bir çox şəxs digər sosial şəbəkələrin də bloklanacağından ehtiyat edərək VPN yükləməyə üstünlük verib.
Aysel
Baku Post
Yardimlli